reklam

Kontent üzrə mütəxəssis vakansiyası

İşəgötürən: “LIBRAFF” MMC Vəzifə: Kontent üzrə mütəxəssisLIBRAFF” marketinq komandasına cavan, operativ düşüncə və iş qabiliyyətinə malik, enerjili kontent üzrə mütəxəssis tələb olunur. Vakansiyaya aşağıdakı tələblərə uyğun olan yeni məzunlar da müraciət edə bilərlər. Əsas vəzifə öhdəlikləri: Marketinq hədəflərinə uyğun olaraq qısa və uzunmüddətli məzmun planı hazırlamaq; Veb sayt, həmçinin sosial media üçün məzmun yaratmaq; Sosial media və vebsayt məzmununu inkişaf etdirmək üçün həmkarları ilə daim ünsiyyətdə olmaq; Bloqları və yazıları redaktə etmək, yoxlamaq və təkmilləşdirmək; SEO-ya uyğun olaraq, məzmunu optimallaşdırmaq; Veb trafiki və sosial media platformasını gücləndimək üçün tədbirlər görmək; Yeniliklərdən xəbərdar olmaq və auditoriyanı cəlb etmək üçün yeni təkliflər vermək.

Əsas tələblər:

  Oxşar sahədə və ya jurnalist, bloger, SMM olaraq iş təcrübəsi; MS Office, MS Powerpoint proqramları ilə praktiki təcrübə; SEO və veb trafik göstəriciləri üzrə bilik; Sosial media ilə tanışlıq (aktiv sosial media istifadəçisi olmaq üstünlükdür); Azərbaycan, rus, ingilis dillərində mükəmməl yazı bacarığı; Kitab həvəskarı olması böyük üstünlükdür; Detallara diqqətli olmaq; Yaxşı təşkilatçılıq və vaxtı idarə etmə bacarığı; Jurnalistika, marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi üstünlükdür; Kreativlik, maraqlı məzmun yaratmaq bacarığı. İş haqqında: Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir, Nahar: şirkət tərəfindən təmin olunur İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur əmək haqqı: 500-600 AZN Şirkət haqqında: 2017-ci ildə təsis olunmuş “LIBRAFF” qısa bir zaman ərzində Azərbaycan kitab ticarəti sahəsində bir brend kimi təqdir olunan ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində 5, Gəncədə 1 mağaza ilə təmsil olunur. Oxucular aldıqları kitabları mağazalarda fəaliyyət göstərən “STORIES COFFEE” kafe şəbəkəsinin xidmətlərindən faydalanaraq rahat mütaliə edə bilirlər.   Müraciət üçün e-mail: [email protected]   Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək tövsiyə olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az