Gənc müəllimlər arasında “I HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu

Gənc müəllimlər arasında “I HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu Azərbaycan Gənc Müəllimlər Asssosiasiyası gənc müəllimlər arasında “I HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu keçirəcək. 25dekabr 2021-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimlərin stress vəziyyətdən uzaq olaraq birlikdə sosiallaşması üçün “Xəmsə” Milli İntellektual və əyləncəli oyununu təşkil edəcək. Yarışda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda müəllim olaraq fəaliyyət göstərən müəllimlər komanda şəkilində iştirak edəcəklər. 15 dekabradək yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 16 komanda buraxılacaqdır. Oyunda iştirak etmək üçün 2 dekabr 2021-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanır. Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35-ə qədər – 25.12.1986-ci ildən sonra anadan olanlar) ibarət 16 komanda iştirak edəcəkdir. Qeydiyyat üçün şərtlər 1 Hər komandada 5 əsas (2 ehtiyat) oyunçu qeydiyyatdan keçirilir... (Qeyd: 2 oyunçunun qeydiyyat edilmə səbəbi yarış keçiriləcəyi müddətdə əsas oyunçulardan yarışda iştirak edə bilməyəcək oyunçunun zamanında əvəzlənə bilməsi üçündür. Oyun zamanı 5 əsas oyunçu iştirak edəcək.) 2Komanda üzvləri yalnız hazırda ümumtəhsil məktəblərində fəaliyyət göstərən, yaşı 35-ə qədər olan müəllimlərdən ibarət olmalıdır. 3Təqdim edilən excel formatda sifariş forması doldurulmalı (Reqlamentə Əlavə 2) 4Komandanın adı və kapitanı qeyd edilməlidir. 5Bütün iştirakçıların şəxsiyyət vəsiqəsinin skanı və UTİS kodları qeyd olunmalıdır. Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır: Təqdim edilən excel formatda sifariş forması Sifariş formasının skan versiyası Bütün oyunçuların şəxsiyyət vəsiqəsinin skanı Qeyd: Bakı məktəbləri oyunda iştirak üçün müraciət edən zaman eyni rayonda fəaliyyət göstərən məktəblər üzrə qeydiyyat aparmalıdır, bütün rayonları əhatə edən yığma komanda şəklində qeydiyyat qəbul edilməyəcək. Yarışda iştirak üçün sifariş forması: https://ref.az/356aqh3 Yarışın əsasnaməsi (qaydalar və şərtlər):https://ref.az/4BjnAi Seçilmiş 16 komanda sifariş üçün bütün sənədlərin qeyd olunan zamandan gec olmadan qeydiyyatdan keçirməlidir. Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır. Oyun zamanı 16 komanda püşk vasitəsilə 4 qrupa bölünür. Hər qrupda 4 komanda mübarizə aparır. Qruplar arasında ilk 2 yeri tutmuş komandalar növbəti mərhələyə - yarımfinala vəsiqə qazanır. Yarımfinala vəsiqə qazanmış 8 komanda 2 qrupa bölünür və 2 yarımfinal oyunu təşkil edilir. Oyunlar zamanı ilk 2 yeri tutmuş 4 komanda Finala vəsiqə qazanır. Finala keçmiş 4 komanda arasında çempionluq uğrunda mübarizə gedir. Mükafatlandırma: 1-ci yeri tutmuş komandaya kubok, 2-ci yeri tutmuş komandaya isə medal və diplomlar veriləcəkdir. Bütün komandalara uğur diləyirik! Media tərəfdaşımızEdumap.aztəhsil portalıdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az