Bazar, 3 Avqust, 2025

GMİB tərəfindən “Mühasib” peşə hazırlığı təlimi keçiriləcək (ÖDƏNİŞSİZ)


  • Dərc edildi: 26 May, 2025 - 19:00
GMİB tərəfindən “Mühasib” peşə hazırlığı təlimi  keçiriləcək (ÖDƏNİŞSİZ)

Gənc Mühasiblər İctimai Birliyi Dövlət Məşğulluq Agentliyi ilə tərəfdaşlıq edərək, mühasibatlıq sahəsində ixtisaslaşmış kadr hazırlanmasına, “işsiz və işaxtaran” vətəndaşların məşğulluğunun təmin edilməsinə dəstək göstərir.

 

Məlumat üçün bildiririk ki, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır.

 

GMİB tərəfindən “Mühasib” peşə hazırlığı təlimi 5 ay müddətini əhatə edir. Təlimdə nəzəri, həm də praktiki dərslər tədris olunur.

 

Qeyd olunmuş müddət ərzində vətəndaşlar təqaüdlə təmin edilir.

 

“Mühasib” peşə hazırlığı təlimində iştirak edə bilər:

* Məşğulluq Altsistemində “işsiz” və ya “işaxtaran” kimi qeydiyyatda olan vətəndaşlar

* Məşğulluq imkanları qiymətləndirildikdən sonra, peşə hazırlığı istiqaməti üzrə uyğunluğu təsdiqlənən vətəndaşlar

*Mühasibatlıq üzrə baza bilikləri olan vətəndaşlar

*Bakalavr təhsili qiyabi olan vətəndaşlar

 

Kursda iştirak TAM ÖDƏNİŞSİZDİR.

Kursları uğurla bitirən şəxslərə Gənc Mühasiblər Birliyi tərəfindən sertifikat veriləcək və onların məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

 

Peşə hazırlığında iştirak etmək üçün lazım olan meyarlar ilə tanışlıq və qeydiyyat üçün formu doldurmağınız xahiş olunur:️

 

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5424
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 887
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 311
“İnnovativ məktəb” l...