Göndərişlər şöbəsində mütəxəssis vakansiyası

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi iddialar departamentinin Göndərişlər şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir. 📌 Biz nə təklif edirik: ▪ Gənc və peşəkar kollektivdə çalışmaq imkanı; ▪ Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması; ▪ Karyera inkişafı imkanları; ▪ Rəqabətədavamlı əmək haqqı. 📌 Bizim üçün uyğun namizəd: ▪ Ali tibbi təhsil (Rezidentura təhsili üstünlükdür); ▪ Tibb sahəsində təşkilatı işlər üzrə 1 ildən az olmayaraq ümumi əmək stajı; ▪ Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər; ▪ Azərbaycan dilini mükəmməl səviyyədə bilmək; ▪ Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı; ▪ Ofis proqramları üzrə biliklər; ▪ İxtisası üzrə sertifikatların olması arzu olunandır. 📌 Görəcəyiniz işlər: ▪ Müqaviləli özəl tibb müəssisələrinə müayinə və müalicə üçün göndərişlərin Agentliyin vahid elektron informasiya sistemi üzərində nəzarət etmək; ▪ Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara cavab vermək; ▪ Dövlət xəstəxanaların göndərişlər üzrə məsul şəxslərlə əlaqə saxlamaq və göndərişlərə aid müvafiq düzəlişlərə nəzarət etmək; ▪ Digər şöbələrdən müraciətlərini araşdırmaq və yaranan mübahisəli məsələləri həll etmək; ▪ Şöbə müdirindən daxil olan bütün müraciətləri və müvafiq sənədləri qəbul edərək gündəlik iş planına daxil etmək və rəhbəri ilə razılaşdırmaqla müvafiq yazılı və ya şifahi cavabı hazırlamaq. 📌Əlavə məlumatlar: ▪ İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi; ▪ İş vaxtı: 09:00 – 18:00. 📌Müraciət qaydası: ▪ Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il; ▪ CV-lər[email protected]ünvanına göndərilməlidir;

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az