Şənbə, 23 Avqust, 2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kassir vəzifəsi üzrə gənc həmkar axtarır


  • Dərc edildi: 22 Avqust, 2025 - 23:24
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kassir vəzifəsi üzrə gənc həmkar axtarır

Karyeranın ilk addımını bizimlə at!

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kassir vəzifəsi üzrə gənc həmkar axtarır.

Səni nə gözləyir?

 - Ziyarətçilərə xidmət və bilet satışının təşkili

 - Ödənişlərin qəbulunun və kassa əməliyyatlarının aparılması

 - Gün sonu hesabatlarının hazırlanması

Kimlər müraciət edə bilər?

 - Universiteti yeni bitirmiş və ya orta ixtisas təhsilli gənclər

 - Təcrübə tələb olunmur – öyrənməyə həvəs kifayətdir

 - MS Office və baza proqram bilikləri olan, nəzakətli və peşəkar ünsiyyət bacarıqları ilə seçilən namizədlər

Biz nə təklif edirik?

 - Dövlət qurumunda ilk iş təcrübəsi

 - Peşəkar komanda və öyrənmək imkanı

 - Müsbət və dəstəkləyici iş mühiti

 - Karyerada inkişaf üçün möhkəm baza

Müraciət üçün CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Son müraciət tarixi: 13.09.2025

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 378
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 78
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7254
Sumqayıt Dövlət Univ...