Şənbə, 23 Avqust, 2025

İlin ən möhtəşəm gənclər festivalı – Yay Fest 2025 üçün qeydiyyat başladı!


  • Dərc edildi: 20 İyun, 2025 - 04:47
 İlin ən möhtəşəm gənclər festivalı – Yay Fest 2025 üçün qeydiyyat başladı!

Gözlənilən an gəldi! İlin ən möhtəşəm gənclər festivalı – Yay Fest 2025 üçün qeydiyyat başladı! 

 

Musiqi, əyləncə, səmimi mühit və yaşıl təbiət – hamısı bir arada Yay Fest-də! 

7 iyul – 29 avqust tarixlərini əhatə edəcək festival çərçivəsində, hər biri 5 gün davam edən 8 düşərgə təşkil olunacaq. Bu il də Yay Fest 2000-dən çox gənci bir araya gətirəcək, onlara maraqlı fəaliyyətlərdə iştirak etmək, yeni biliklər əldə etmək və unudulmaz dostluqlar qazanmaq imkanı yaradacaq. 

Yay Fest haqqında bunları bilmək maraqlıdır:

Yaş aralığı: 18–25

 İştirak ödənişsizdir.

 Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.İştirakçılar çadırlarda gecələyəcəklər. Müraciət zamanı sizə uyğun tarixi və mövzunu seçməyi unutmayın. İştirakçı sayı limitlidir, seçildiyiniz təqdirdə müsahibəyə dəvət alacaqsınız. 

Qeydiyyat üçün: yayfest.az

 Son qeydiyyat tarixi: 5 iyul, saat 18:00

Vaxt itirmə! Qeydiyyatdan keç və yayın ən enerjili anını Yay Fest-də yaşa!

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 391
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7264
Sumqayıt Dövlət Univ...