İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması
LAYİHƏNİN MƏQSƏDİ
Layihə aşağıdakı məqsədlərə çatmaqla gənclərin xüsusən də qız və qadınların ictimai və sosial həyatlarında təməl hüquqlarını müdafiə etmələri üçün maarifləndirmə və səlahiyyətləndirmə fəaliyyətlərini yerinə yetirməyi hədəfləyir:1. Həssas qrupdan olan gənclərin ehtiyaclarını və gözləntilərini təhlil edərək onların təhlükəsiz hiss etdikləri öyrənmə əsaslı mühit yaratmaq;
2. İnklüziv təhsil və təlim vasitəsilə insan hüquqlarının qorunması istiqamətində qadınların maairflənidirilməsi üçün gənclər sahəsində çalışan şəxslərin potensialını artırmaq;
3. Gənc qadınları və kişiləri yerli icmalarında nifrət nitqi və zorakılığa qarşı mübarizə aparmaq üçün insan hüquqları sahəsində maarifləndirilməsi;LAYİHƏNİN ƏHATƏ DAİRƏSİ:
1. LƏNKƏRAN [7-11 sentyabr 2021] sessiyasında Lənkəran - Astara iqtisadi zonasının (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı) müxtəlif icmalarından 20 nəfər iştirakçı seçiləcəkdir;
2.GƏNCƏ [26-30 sentyabr 2021] sessiyasında Gəncə - Qazax iqtisadi zonasının (Ağstafa, Gəncə, Göygöl, Goranboy, Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Daşkəsən, Samux) müxtəlif icmalarından 20 nəfər iştirakçı seçiləcəkdir.
QEYD: Layihədə həm oğlanlar həm də qızlar iştirak edə bilərlər;
İŞTİRAKÇILIQ KRİTERİYASI:
• 18 - 29 yaş arasında olmalı;
• Layihənin sonuna qədər tam iştirak etmək imkanı olmalı;
• Qadınların səlahiyyətləndirilməsi sahəsində bilik və təcrübəyə və ya öyrənmə həvəsinə sahib olmalı;
• Qadın hüquqları istiqmaətində aktivizm fəaliyyətlərinə maraqlı olmalı;
• Layihə bitdikdən sonra öz icmalarında qadınların maarifləndiirlməsi istiqamətində işlər davam etmək niyyətində olmalı;
---
Layihə Avropa Şurası Nazirlər Kabinetinin Proqram Komitəsinin 40-ci sessiyasına alınan qərarla Avropa Şurasının Avropa Gənclər Fondu tərəfindən "Pilot Fəaliyyətlər" qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmişdir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur