Çərşənbə, 27 Avqust, 2025

İctimai Şuraya seçkilərin tarixi məlum olub


  • Dərc edildi: 12 Oktyabr, 2021 - 10:33
İctimai Şuraya seçkilərin tarixi məlum olub

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili ilə bağlı Seçki Komissiyasının iclası keçirilib.   İclasda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov İctimai Şuranın əhəmiyyətindən, nazirliyin fəaliyyətinə verəcəyi dəstəkdən və Şuranın işinin təkmilləşdirilməsi meyarlarından danışıb. Nazir müavini Şuranın təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı rəy və təkliflərin hazırlanması, normativ hüquqi aktların ictimai təhlilinin həyata keçirilməsi işində yaxından iştirakının əhəmiyyətini bildirib.   İclasda iştirak edən digər Komissiya üzvləri də öz növbəsində təkliflər irəli sürüblər.   İclasda bildirilib ki, Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər[email protected]poçt ünvanına göndərilməlidir. Qeydiyyat üçün sənədlər 1 oktyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.   Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.   Ətraflı məlumatı aşağıda təqdim olunanelanvasitəsilə əldə edə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 668
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 135
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7523
Sumqayıt Dövlət Univ...