İdeyası, startapı və ya biznesi olan gənclərin nəzərinə!
SAHNA arxasında qalmamaq üçün qeydiyyat başladı
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB təşkilatçılığı, Youth Inc. Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Azerbaijan Public Speaking Competition” çərçivəsində növbəti dəfə "SAHNA 2.0 - Effektiv natiq - Uğurlu sahibkar" layihəsi həyata keçiriləcək.
Layihənin əsas məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır.
İdeyası, startapı və ya biznesi olan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək edəcək.
Layihə çərçivəsində təlim kursları 5 bölgədə - Bakı, Lənkəran, Gəncə, Şəki və Mingəçevirdə həyata keçiriləcək. İlk olaraq bölgələrdə gənclərə təlimlər keçiriləcək. İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında öyrəndikdən sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər əldə edəcəklər.
Belə ki, iştirakçılar öz çıxışlarını peşəkar mentorların dəstəyi ilə hazırlayacaqlar. Təlim və mentorinq mərhələləri uğurla başa vurulduqdan sonra bağlanış mərasimi keçiriləcək.
Layihədə iştirak etmək üçün: https://forms.gle/6QE6tgf9J3fAzbsk8
Əlaqə vasitələri: 077 421 11 03 | [email protected]
_______________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur