“Information Security Specialist”
“PAŞA Bank” ASC olaraq İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
· Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
· Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
· Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
· Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
· Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
· Giriş icazələrinin idarə olunması siyasəti və giriş nəzarət mexanizmlərinə əsasən fiziki daxil olmaqla identiklik və girişə nəzarət;
· Proqram və avadanlıq inventar yoxlamalarının təmin edilməsi;
· Dövri təhlükəsizlik yoxlamalarının aparılması;
· Biznes üçün kritik məlumatın inventar, təsnifat və identikliyinin müəyyən olunması;
· Məlumat itkisinin qarşısının alınmasına nəzarət və davamlı olaraq təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
· Bütün biznes prosesləri, məhsul və xidmətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin təyin olunmasına cavabdehlik;
· İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
· Tənzimləyici uyğunluqların təmin olunması və beynəlxalq təcrübələrə əsaslanan təhlükəsizlik nəzarətlərinin quraşdırılması;
· Texniki sənədlərin tərtib olunması;
· Dövri və tələb olunan hesabatların təqdim olunması;
· Daxili və xarici siyasət/proseslərə riayət olunmasına nəzarət.
Sizdən nə tələb olunur?
· Təhsil: İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
· İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahə üzrə ən az 3 il
· Lisenziya / Sertifikat: CompTIA Security+ və ya digər başlanğıc səviyyəli sertifikat
· Xarici dillər: İngilis
· Kompüter bilikləri: MS Office
· Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri üzrə bilik və şəbəkə cihazları üzrə təcrübə
· Digər:
Analitik biliklər
Detal yönümlü və diqqətli olmaq
Ən yaxşı təhlükəsizlik təcrübələri (NIST, ISO 27000X, PCI DSS) üzrə biliklər
2 / 3
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.11.2021 tarixinədək[email protected]ünvanına başlıqda “İnformasiya təhlükəsizliyi üzrə Mütəxəssis”və ya “Information Security Specialist” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur