Cümə axşamı, 14 Avqust, 2025

“Can Laçın” adlı məqalə müsabiqəsi


  • Dərc edildi: 19 İyul, 2025 - 23:32
“Can Laçın” adlı məqalə müsabiqəsi

“Can Laçın” adlı məqalə müsabiqəsi

 

Azərbaycan Respublikası Prezidentinin Laçın şəhərindəki xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Slavyan Universitetinin və MDB-yə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Can Laçın” adlı məqalə müsabiqəsi elan edilir.

 

Müsabiqə Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə hazırlanmış tədbirlər planı çərçivəsində keçirilir.

 

 Məqsəd: Azərbaycanın ayrılmaz hissələri olan Qarabağ və Şərqi Zəngəzurun, xüsusilə Laçın rayonunun tariximizdəki rolu, geostrateji mövqeyi, zəngin mədəni irsi və 2020-ci il Vətən müharibəsi ilə 2023-cü il Antiterror tədbirlərindən sonra yaranan yeni geosiyasi reallıqlar haqqında elmi yanaşmalar əsasında tədqiqat məqalələrini üzə çıxarmaq və MDB ölkələrinin ictimaiyyətinə çatdırmaqdır.

 

Müsabiqə şərtləri:

 • Məqalələr yalnız Microsoft Word (.docx) formatında Azərbaycan, ingilis, türk və ya rus dillərində təqdim olunmalıdır.

 • Müəllifin adı, soyadı, universiteti, fakültəsi, ixtisası, tədris ili və qrupu qeyd edilməlidir.

 • Şrift: Times New Roman, 14 pt, sətir aralığı: 1.5

 • Həcmi: 5–8 səhifə

 • Plagiat və daha öncə dərc olunmuş materiallar qəbul edilmir.

 • Xülasə və istifadə olunan ədəbiyyat siyahısı yer almalıdır.

 

Müsabiqənin istiqamətləri:

• Azərbaycan tarixi və mədəniyyəti

• Laçın rayonunun tariximizdəki yeri

• Yeni geosiyasi reallıqlar

• Laçından Qərbi Azərbaycana uzanan yol

Məqalələrin göndərilmə ünvanı: [email protected]

Son müraciət tarixi: 30 sentyabr 2025-ci il, saat 23:59

 

 Qiymətləndirmə:

BSU-da yaradılmış komissiya tərəfindən elmi əsaslandırma, texniki tələblərə uyğunluq və dil qaydalarına riayət prinsipləri əsasında aparılacaq. Qaliblərin məqalələri dərc olunacaq və müəlliflər mükafatlandırılacaq.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6471
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1437
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 557
“İnnovativ məktəb” l...