Şənbə, 16 Avqust, 2025

HR Data analitik vakansiyası


  • Dərc edildi: 19 İyul, 2025 - 23:37
HR Data analitik vakansiyası

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində İnsan resursları və hüquq sektorunda HR Data analitik vakansiyası mövcuddur.

 Tələblər:

· Qiymətləndirilmə mexanizmi və performans idarəetməsi sahəsində təcrübə və praktiki biliklərə malik olmaq;

·      KPI-ların (Əsas Performans Göstəriciləri) düzgün qurulması və tətbiqi;

·      Excel proqramında məlumatların təhlili, hesabatların hazırlanması və vizuallaşdırılması bacarığı (formullar, pivot table və s.);

·      Analitik düşüncə  və detallara diqqət yetirmək;

·      Struktur bölmələrlə birgə əməkdaşlıq;

·      Verilən tapşırıqların vaxtında icrası;

·      Müvafiq sahədə 2 il iş təcrübəsi.

Ali təhsil:

Bakalavr/Magistr- İqtisadiyyat, Biznesin idarə edilməsi, Beynəlxalq münasibətlər və s.

Əlavə məlumatlar:

Əmək haqqı müsahibə əsnasında namizədin bilik-bacarıqlarına uyğun müəyyənləşdiriləcəkdir.

İş vaxtı: Bazar ertəsi-Cümə, 09:00-18:00.

İş yeri: Fətəli Xan Xoyski 109.

Müraciət üçün: [email protected] (Mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd olunması mütləqdir)

Yalnız tələblərə cavab verən namizədlərə geridönüş olunacaqdır.

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifə üzrə nəzərdə tutulmuşdur. 

Son müraciət tarixi: 25.07.2025

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6604
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1531
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 596
“İnnovativ məktəb” l...