Çərşənbə, 13 Avqust, 2025

Əmək haqqı və büdcə üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 19 İyul, 2025 - 23:28
Əmək haqqı və büdcə üzrə mütəxəssis vakansiyası

Əmək haqqı və büdcə üzrə mütəxəssis vakansiyası

Müəssisə: AZƏRSUN HOLDINQ MMC

 

Tələblər:

Ali təhsil (İqtisadiyyat, maliyyə və muhasibatlıq və.s);

Müvafiq sahə üzrə minimum 3 il  iş təcrübəsi ;

Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;

Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;

SAP-də işləməyi bacarmalı;

Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;

Komandada işləmək bacarığı olmalı;

 

Vəzifə öhdəlikləri:

Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;

Son haqq-hesab ödənişlərinin hesablanaraq ödənilməsi;

 Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və SAP proqramına daxil edilməsi;

Daxili və xarici ezamiyyət ödənişlərinin hesablanaraq ödənilməsi;

Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi;

Holdinq miqyasında əmək haqqı, iş vaxtının uçotu, təşkilati struktur, işçi say və maliyyə büdcələri ilə bağlı prosesləri işləyib hazırlamaq, idarə etmək və həyata keçirmək;

İşçiyə aid bütün növ əlavə ödəmə və kəsintilərin İR proseduruna və qanunvericiliyə uyğun işlənməsinə və İnsan Resurslarının İnformasiya Sisteminə düzgün daxil edilməsini təmin etmək;

Hesabatların verilməsi;

İş vaxtının norması:

5 günlük iş rejimi;

İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

Əmək haqqı: Razılaşma yolu ilə;

Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində " Əmək haqqı və büdcə üzrə mütəxəssis​" qeyd etməyiniz xahiş olunur

 

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6428
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1396
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 543
“İnnovativ məktəb” l...