Şənbə, 23 Avqust, 2025

"İnsan Resursları Biznes Tərəfdaşı" (retail sahəsi üzrə) vakansiyası


  • Dərc edildi: 18 Oktyabr, 2021 - 09:17
"İnsan Resursları Biznes Tərəfdaşı" (retail sahəsi üzrə) vakansiyası

Araz Supermarketlər Şəbəkəsi "İnsan Resursları Biznes Tərəfdaşı" (retail sahəsi üzrə) vakansiyası üzrə işə qəbul elan edir! Tələblər : - Ali təhsil ; - Müvafiq sahədə 1 il iş təcrübəsi; - Yüksək səviyyədə MS Office bilikləri; - Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri. Vəzifə öhdəlikləri : - Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək; - Namizədlərlə ilkin müsahibələri keçirmək; - Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək; - Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək; - İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək. Təminatlar: - Nahar ilə təmin edilmə; - Əmək bazarına uyğun rəqabətli əmək haqqı; - 5 günlük iş qrafiki; - Servis xidməti; - İş yeri: ərazi ofisləri. Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İR Biznes Tərəfdaşı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını[email protected]elektron poçt ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 397
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7272
Sumqayıt Dövlət Univ...