Şənbə, 23 Avqust, 2025

"E-Teachers" ingilis dili müəllimlərinin müasir tədris alətlərindən istifadə bacarıqlarının artırılması layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 18 Oktyabr, 2021 - 09:12
"E-Teachers" ingilis dili müəllimlərinin müasir tədris alətlərindən istifadə bacarıqlarının artırılması layihəsinin açılış mərasimi keçirilib

Biləsuvarda "E-Teachers" ingilis dili müəllimlərinin müasir tədris alətlərindən istifadə bacarıqlarının artırılması layihəsinin açılış mərasimi olub Biləsuvar rayonunda "E-Teachers" ingilis dili müəllimlərinin müasir tədris alətlərindən istifadə bacarıqlarının artırılması layihəsinin açılış mərasimi keçirilib. Biləsuvar rayon Gənclər Evində keçirililən açılış mərasimində layihə rəhbəri Azər Əliyev, ekspert Rüfət Əsədzadə, rayon təhsil şöbəsinin əməkdaşı Nərmin Məmmədli, ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri iştirak edib. Çıxış edən layihə rəhbəri Azər Əliyev bildirib ki, layihənin əsas məqsədi ingilis dili müəllimlərinin müasir avadanlıqlardan istifadə bacarıqlarının artırılmasıdır. Layihədə 30 müəllimin iştirakı nəzərdə tutulur və 12 modul üzrə təlimlər keçiriləcək. Təlimləri Bakı Oksford məktəbinin və xarici ölkələrin təcrübəli müəllimləri keçəcək. Bildirək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası layihənin icra olunmasında əməkdaşlıq edəcəkdir. Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 391
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7264
Sumqayıt Dövlət Univ...