Bazar ertəsi, 25 Avqust, 2025

“İntellektual klubların Gənclər liqası” başlayır


  • Dərc edildi: 28 Aprel, 2022 - 16:52
“İntellektual klubların Gənclər liqası” başlayır

Hazırsınız? Ölkənin ən böyük intellektual yarışı - “İntellektual klubların Gənclər liqası” başlayır!
Bilik və zəkasına güvənən gənclər komanda şəklində qeydiyyatdan keçərək turnirdə iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş komandalar yaşadıqları rayonlarda keçiriləcək 4 seçim turunda iştirak edəcək və qalib olan komandalar zona finallarına vəsiqə qazanacaqlar. Zona qalibləri isə 11-12 iyun tarixində Bakıda keçiriləcək final mərhələsində iştirak haqqı qazanacaqlar.
Turnirdə hər bir komanda 6 oyunçudan ibarət olacaq və “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq”, “Erudit Kvartet” oyunları baş tutacaq.
Qeyd edək ki, yaş həddi 16-29 aralığında olan gənclər turnirdə iştirak edə bilər.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB Azərbaycan / SMB Azerbaijan), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və Badamlı şirkətinin tərəfdaşlığı, ARB TV media qrupunun dəstəyi ilə həyata keçirilir.
Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyə tələsin!
📌Qeydiyyat üçün son tarix: 3 may saat 23.59
Qeyd: Bakı komandaları üçün seçim may ayında keçiriləcəkdir.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 562
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 103
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7429
Sumqayıt Dövlət Univ...