Bazar ertəsi, 9 İyun, 2025

İnvestorlara təqdim etmək üçün KOB subyektlərindən investisiya layihələri qəbul olunur


  • Dərc edildi: 4 May, 2022 - 12:33
İnvestorlara təqdim etmək üçün KOB subyektlərindən investisiya layihələri qəbul olunur

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli layihələrə investisiyaların cəlb olunması məqsədilə KOB subyektlərindən layihələr qəbul edir.   İnvestisiya layihələri ixracyönümlü və idxalı əvəz edən, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalını nəzərdə tutmaqla, qeyri-neft sektorunun prioritet istiqamətlərini əhatə etməli, yeni müəssisələrin yaradılmasını və ya innovativ alətlərin tətbiqi ilə mövcud müəssisələrin və bizneslərin yenidən qurulmasını təmin etməlidir.   KOB subyektlərindən daxil olan layihələr ekspertlər tərəfindən qiymətləndiriləcək, prioritet istiqamətlərə uyğun olan layihələrin maliyyə göstəriciləri qısa və uzunmüddətli dövrlər üçün təhlil edilərək həmin layihələr üzrə maliyyə modelləri qurulmaqla yeni formada işlənib hazırlanacaqdır.   Yekun investisiya layihələri KOBİA tərəfindən maraqlı investorlara təqdim ediləcəkdir.   Müraciət etmək istəyən KOB subyektlərindənmüraciət formasınıdoldurmaqla 3 iyun 2022-ci il tarixinədək göndərmələri (e-mail:[email protected]) xahiş olunur.

_______
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 178
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 366
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 99
Elm və təhsil naziri...