Çərşənbə axşamı, 1 İyul, 2025

“İrəli” komandası şəhid ailələri ilə görüşlərə davam edir


  • Dərc edildi: 27 Oktyabr, 2021 - 13:18
“İrəli” komandası şəhid ailələri ilə görüşlərə davam edir

“İrəli” komandası şəhid ailələri ilə görüşlərə davam edir   Keçən ilin bu günü Müzəffər Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi ilə bizi böyük qələbəyə aparan 44 günlük Vətən müharibəsində bir ay tamam olmuşdur. Bütöv Azərbaycan tarixinə şəhidlərimizin qanı sayəsində qızıl hərflərlə yazılan zəfər yaddaşımızın birinci il dönümü ilə əlaqədar “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və komandası Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə oktyabr ayı ərzində Sabirabad, Tovuz, Qazax, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatal

a rayonunda yaşayan 20-dən çox şəhid ailəsi ilə görüşüb, Vətən müharibəsində öz canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət olunub. Görüşlər zamanı qəhrəmanlarımızın xatirəsi anılıb, döyüş yolları ilə daha yaxından tanış olaraq, igid oğullarımızın gələcək nəsillərə örnək olması və şəhidlərimizin unudulmaması üçün görüləcək işlərdən və Azərbaycan gənclərinin üzərinə düşən öhdəliklərdən danışılıb. Qeyd edək ki, “İrəli” İctimai Birliyi tərəfindən ölkəmizin digər bölgələrində də qəhrəman şəhidlərimizin ailələri ilə görüşlərə davam etdiriləcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 58
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 32
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 217
Məktəbəhazırlıq qrup...