Cümə axşamı, 21 Avqust, 2025

“Zəfər Günü” adlı rəsm müsabiqəsi


  • Dərc edildi: 27 Oktyabr, 2021 - 12:36
“Zəfər Günü” adlı rəsm müsabiqəsi

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi uşaqlar arasında xalqımızın və dövlətimizin Qarabağ zəfərinə həsr olunan “Zəfər Günü” adlı rəsm müsabiqəsi elan edir.
Müsabiqənin əsas məqsədi tarixi qələbəni uşaqların gözü ilə görmək və onlarda vətənpərvərlik ruhunu aşılamaqdır.
Müsabiqənin 5-10 və 11-15 yaşlı uşaqların iştirakı ilə 2 kateqoriya üzrə keçirilməsi nəzərdə tutulur. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir. Müsabiqənin şərtləri aşağıdakılardır:
• İştirakçılar müsabiqəyə ölçüsü ən azı A4 vərəqi ölçüsündə olan rəsmlərlə qatıla bilər;
• Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnoloji vasitələrin imkanlarından istifadəyə yol verilməməlidir;
• Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə oluna bilməz;
• Hər iştirakçı müsabiqəyə yalnız 1 rəsm təqdim edə bilər.
Müsabiqənin qaliblərinə İdarə tərəfindən mükafatlar təqdim olunacaq. Hər bir iştirakçıya isə Bəhram Bağırzadənin şəxsi imzası ilə uşaq kitabları hədiyyə ediləcək
İştirakçılar əl işlərini 27.10.2021-dən – 4.11.2021-dək saat 10:00-18:00 aralığında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə təqdim edə bilərlər.
Ünvan: İçərişəhər, Böyük Qala küç 28
Qeyd edək ki, işlər 6-9 noyabr tarixlərində Bakı Xan Sarayı Kompleksinin parkında yaradılan “Art Zonası”nda sərgilənəcək. Ünvan: İçərişəhər, Böyük Qala 46.
Münsiflər heyəti:
▫️Bəhram Bağırzadə - aktyor, rejissor, teleaparıcı, Rəssamlar Assosiasiyasının üzvü
▫️İrina Eldarova - Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü
▫️Anna İbrahimbəyova - Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru
▫️Bəhruz Kəngərli - rəssam
▫️Orxan Qarayev - rəssam

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...