Bazar ertəsi, 11 Avqust, 2025

İşə qəbul mütəxəssisi (recruiter) vakansiyası


  • Dərc edildi: 11 Noyabr, 2021 - 09:00
İşə qəbul mütəxəssisi (recruiter) vakansiyası

“Mətanət A” şirkəti İşə qəbul mütəxəssisi (recruiter) vakansiyasını elan edir Vəzifə öhdəlikləri: Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması; Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması; Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək; İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi; Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək; Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi; Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq; Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s. İşçi işə başlayarkən görülən işlərin koordinasiyası; İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər. Əmək haqqı: Razılaşma yolu ilə. İş şəraiti: İş saatı: 09-00-dan 18-00-dək; İstirahət: Şənbə və bazar günü. Tələblər: İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır) Ali təhsil: Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır; AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq; Mülki tikinti və İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır; Dil bilikləri: Azərbaycan və Rus dili, İngilis dili əla səviyyədə; Kompüter bacarıqları: MS Office proqramları; Yüksək ünsiyyət və komandada işləmək bacarığı. Qeyd: CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected]ünvanına göndərin.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6275
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1306
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 502
“İnnovativ məktəb” l...