Çərşənbə axşamı, 26 Avqust, 2025

İstehsalat üzrə mühasibvəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 12 Oktyabr, 2021 - 05:30
İstehsalat üzrə mühasibvəzifəsi üzrə vakansiya

"Az FP Co LTD" MMC (Milla süd emalı zavodu) İstehsalat üzrə mühasibvəzifəsi üzrə işçi qəbulu elan edir: Namizədin vəzifə öhdəlikləri: - Hazır məhsullar üzrə maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə standart maya dəyərlərinin müqayisəsinin aparılması; - Aylıq faktiki xammal, material istifadəsinin, həmçinin sərfiyyət və itkinin əvvəlki aylarla və planlaşdırılmış göstəricilər ilə müqayisəsinin aparılması və analiz edilməsi; - İstehsal qaimə məsrəflərinin düzgün bölüşdürülməsinin təmin edilməsi; - İstehsalat şöbəsi tərəfindən sistemə işlənilmiş əməliyyatların mütəmadi olaraq sənədlərlə düzgünlüyünün yoxlanılması; - Xammal, material silgilərinin resepturalara uyğun icra edilməsinin nəzarətdə saxlanılması; - İstehsalatın uçotu ilə bağlı sualların operativ şəkildə cavablandırılması; - Mühasibatlıq sənədlərinin işlənməsi və qorunub saxlanmasının təmin edilməsi; - Şöbə rəhbərinin digər tapşırıqlarının icra edilməsi. Namizədə tələblər: -Ali təhsil (Mühasibat uçotu, Maliyyə) - 3-5 il İstehsalat üzrə iş təcrübəsi -MC Office və 1C proqramlarında istifadə bacarığı; - İngilis dili biliklərinin olması arzu olunandır - Müşahidə və analiz bacarığının olması. Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İstehsalat üzrə mühasib” qeyd etməklə[email protected]ünvanına göndərə bilərsiniz

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 636
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 123
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7490
Sumqayıt Dövlət Univ...