IT Help desk Operator vakansiyası
“Rahat Telecom” MMC informasiya və kommunikasiya sektorunda fəaliyyət göstərən fiber optik internet,İPTV kabel şəbəkəsi və rəqəmsal televiziya brendi olaraq abunəçilərə böyük imkanlar təqdim edən qabaqcıl şirkətlərdən biridir.
İş barədə məlumat :
·Daxil olan zənglərin zamanında cavablandırılması və abonentlərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması;
·Abonentlərə göstəriləcək olan xidmətin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) abonentə dərhal məlumatın verilməsi;
·Hansı nasazlıqların operator tərəfindən aradan qaldırılmalı olduğunu, hansılarının isə mühəndis-texnikə yönəldirilməli olduğunu təsvir etmək
·Müvafiq işin səlahiyyətləri çərçivəsində yerinə yetirilməsinin təmin etmək;
·Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və abonent istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi;
·Abonentlərin istəklərini qeydə alınması və texniki şöbəyə yönləndirilməsi
·Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
·Abonentlərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək
·Gecə növbəsi və qeyri-iş günlərində işləməyə hazır olmaq (İş saatları Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tənzimlənəcək.)
·Gündəlik hesabatlar vermək
Tələblər:
-Yaş : 20 – 45
-Dil bilikləri: Azərbaycan,Rus dillərini əla səviyyədə bilməli;
-Müvafiq sahədə 1 ilədək iş təcrübəsi
-Kompüter bilikləri – MS Office (Microsoft Word, Microsoft Excell,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları;
-İşə planlı yanaşmaq bacarığı;
-Yüksək dinləmə, ünsiyyət və izahetmə qabiliyyəti;
-Səlis və aydın danışıq tərzi
-Təmkinlilik, etibarlılıq, özünəinam;
İş qrafiki: növbəli
Əmək haqq : 450 azn
Vakansiyaya uyğun gələn namizədlərin cv-lərini[email protected]elektron ünvanına göndərməkləri arzu olunur.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur