Kaspersky: sosial şəbəkələrdən uzaqlaşmaq üçün 8 addım
Bəzən sosial şəbəkələr xoş anlardan daha çox bir yükə çevrilir. Onlarda nəzarətsiz vaxt keçirmək sinir sistemini həddən artıq yükləyə, diqqəti dağıda və vacib işlərdən yayındıra bilir. Ona görə də, zaman-zaman, heç olmasa profilaktika üçün özünüzə rəqəmsal detoks seansları təşkil etməkdə fayda var.
Kaspersky cihazdan səriştəli istifadəyə aparan 8 addımı təklif edir:
Addım 1. Xəbər lentində təmizlik aparın: Hərdən olur ki, keçmiş sinif və ya kurs yoldaşınız birdən-birə sanskritlə məşğul olmağa başlayır və gündə 10 dəfə həmin dildə qədim müdriklərdən kəlamlar paylaşır və ya çoxdan üzv olduğunuz bir retro avtomobil həvəskarları qrupunun sahibi dəyişir və yalnız reklam postları yerləşdirməyə başlayır. Keçmişlə yaşamayın, cəsarətinizi toplayın və qrupu izləməyi dayandırın!
Addım 2. Silmək istəmirsinizə, səssizə qoyun: Dostunuzun qrupundan çıxmaq və ya “sonra” üçün saxladığınız mağazanın profilini silmək istəmirsiniz? Onda “səsini almağı” sınayın. Əksər sosial şəbəkələrdə səhifəni tərk etmədən ondan gələn yenilikləri gizlətmək olur. Münasibət üçün narahat olmağa dəyməz: “səssizə qoyulmuş” dostunuzun sizin bu qərarınızdan xəbəri olmur.
Addım 3. Ünsiyyəti mərkəzləşdirin: Sosial şəbəkələr əlbəttə ki, təkcə xəbər lentindən ibarət deyil, həm də dostlar, qohumlar və həmkarlarla ünsiyyət vasitəsidir. Amma əgər dialoqlarınız bir neçə şəbəkəyə səpələnibsə, hətta sizə yazan olmasa belə gələn mesajlar qutusunu yoxlamaq xeyli vaxtınızı ala bilər. Tanışlarınızla sizi harada axtarmaq lazım olduğu barədə danışmağı sınayın və yazışmalarınızı 1-2 şəbəkədə mərkəzləşdirin. Bununla digər şəbəkələrin mesaj bölümünü vacib mesajları buraxmaq qorxusu olmadan daha gec-gec yoxlaya bilərsiniz.
Addım 4. Artıq şeyləri ekrandan yığışdırın: Elə olubmu ki, hava proqnozuna baxmaq üçün telefonu götürmüsünüz, FB nişanını görmüsünüz, onu bir neçə saniyəlik açmısınız və iki saatdan sonra hələ də ondan uzaqlaşa bilməmisiniz? Belə olmasın deyə sosial şəbəkə ikonlarını gözdən uzaq yerə qoyun, məsələn, xüsusi bir qovluğa yığın və ya üçüncü və ya dördüncü ekrana yerləşdirin. Bununla, cəlbedici işarələr gözünüzün önündə olmayacaq və özünüzü vərdiş halını almış lent yeniləmək məşğuliyyətindən daha asanlıqla uzaqlaşdıracaqsınız.
Addım 5. Bildirişləri söndürün: Sosial şəbəkəni təsadüfən vərdişkar toxunuşla açmamaq üçün, bütün günü xəbər lentini bilərəkdən yeniləməyə və hətta tətbiqin işarəsini ortadan qaldıra bilərsiniz. Amma sosial şəbəkə yeni paylaşım haqqında bildiriş göndərirsə, ekranın yuxarısındakı “şirnikləndirici” pəncərəyə toxunursunuz, sonrası isə sizə məlumdur. Vacib şeylərə köklənmək üçün artıq bildirişləri söndürün. Bunu iOS,
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb