Cümə, 22 Avqust, 2025

“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir


  • Dərc edildi: 11 Noyabr, 2021 - 16:29
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir

“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir

Təhsil Nazirliyi tərəfindən “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri üçün “Qarabağı Birlikdə Quraq!” adlı ölkədaxili müsabiqə təşkil olunur. Yerli müsabiqədə uğur qazanan şagirdlər ölkəni beynəlxalq müsabiqədə təmsil edəcəklər.   Müsabiqənin məqsədi şagirdlərdə alqoritmik, məntiqi və tənqidi düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırmaq, Qarabağın tarixi və bərpası məsələsinə diqqət çəkmək, Qarabağda aparılan quruculuq işlərini dünya və ölkə ictimaiyyətinə təqdim etməkdir.   Müsabiqə onlayn formatda “Minecraft” təhsil platforması üzərindən həyata keçirilir. “Virtual məktəb” hesabı olan hər bir şagird müsabiqəyə qoşularaq “Minecraft” təhsil platformasının geniş imkanlarından faydalana bilər.   Müsabiqənin şərtlərinə əsasən, şagirdlər ilk növbədə Qarabağın tarixi və mədəniyyəti ilə bağlı araşdırma aparıb, bu araşdırma əsasında işğal zamanı dağıdılmış tarixin və mədəniyyətin bərpası ilə bağlı öz “Minecraft” dünyasını hazırlamalıdırlar. Daha sonra yaradılmış dünyanın video çəkilişini aparıb, aşağıdakı link vasitəsi ilə müsabiqəyə təqdim etməlidirlər:https://forms.office.com/r/p2zw2GPwmz   Qeyd edək ki, müsabiqəyə işlərin qəbulu 1-30 noyabr tarixlərində həyata keçiriləcək. Müsabiqə ilə bağlı ətraflı məlumat əldə etmək istəyən şagirdlər 3 noyabr saat 17:00 tarixində keçiriləcək onlayn seminara qoşula bilərlər (Keçid:http://shorturl.at/jxyJY)

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 271
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...