Vəzifə öhdəlikləri:
Kibertəhlükəsizlik fəaliyyət planlarının daxili və qrup siyasətlərinə uyğun icrasını təmin etmək;
Təhlükəsizlik standartlarının, prosedurlarının və qaydalarının hazırlanmasında iştirak etmək:
Daxili təhlükəsizlik sistemlərinin monitorinqi və texniki dəstəyi;
Kibertəhlükəsizliklə bağlı hesabat və analitik göstəricilərin hazırlanması;
SOC ilə bağlı sorğular və hadisə eskalasiyaları üzrə L2 əlaqə nöqtəsi kimi fəaliyyət göstərmək;
Təhlükə,təhdid və zəifliklərin idarə olunması, təhlili və qarşı tədbirlərin görülməsi;
SOC komandası ilə birgə xəbərdarlıqların analizi, triage və respond tədbirlərini həyata keçirmək;
Sistemlərdə və şəbəkələrdə zəiflikləri aşkarlamaq, qiymətləndirmək və aradan qaldırılması üçün tədbirlər görmək;
Daxili komandalarla əməkdaşlıq edərək zəifliklərin vaxtında aradan qaldırılmasını təmin etmək;
Təhlükəsizlik araşdırmaları zamanı İT və digər departamentlərlə birgə işləmək;
Hadisə reaksiyası proseslərində iştirak: sənədləşmə, təsir analizi, bərpa tədbirləri;
Daxili və xarici təhlükəsizlik uyğunluğu proseslərinə dəstək;
Tələblər:
İnformasiya Texnologiyaları, Kompüter elmləri, Kibertəhlükəsizlik və ya oxşar sahədə bakalavr dərəcəsi;
Kibertəhlükəsizlik sahəsində minimum 2 il peşəkar təcrübə;
ISO 27001, NIST və digər təhlükəsizlik çərçivələri haqqında əsaslı biliklər;
SOC mühitində və SIEM alətləri ilə işləmə təcrübəsi;
Zəifliklərin skan edilməsi və risklərin aradan qaldırılması üzrə təcrübə;
Kommunikasiya bacarıqları və funksional komandalarla əməkdaşlıq etmə qabiliyyəti;
CompTIA Security+, CEH və ya ekvivalent beynəlxalq sertifikatlar üstünlükdür;
İş şəraiti:
İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
İş yeri: Bakı şəhəri
Təlim və inkişaf imkanları.
Professional və maddi artım üçün perspektiv
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını (Kibertəhlükəsizlik üzrə mütəxəssis) email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.