Kinoloq ixtisası üzrə qısamüddətli təlim

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil MərkəziDövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə əməkdaşlıqda kinologiya sahəsində kadrların hazırlanması məqsədilə qısamüddətli təlimə müraciətləri qəbul edir.


Təlim zamanı iştirakçılar kinologiyanın tarixi, itlərə qulluq, kinologiyanın təşkil olunması, itlərin anatomiyası və fiziologiyası, psixologiyası, xidməti itlərin seçilməsi və çoxtərəfli istiqamətlərdə (mina və silah-sursat, partlayıcı maddə, psixotrop vasitələr və s. axtarışı) hazırlanması, tibbi yardım kimi istiqamətlərdə dərin nəzəri və praktiki bilik və bacarıqlara yiyələnəcəklər.


Təlim haqqı: 500 AZN


Təlimin müddəti: 4 ay (240 saat)


(Təlimlər 4 ay müddətində həftə içi hər gün, günün ikinci yarısı 3 saat olmaqla keçiriləcək.)


Əsas seçim meyarları:


İtlərə sevgisi olan şəxslər;


Nizam-intizamı sevən, təmkinli şəxslər;


İtlərə qulluq üzrə təcrübəyə sahib olmaq üstünlükdür;


Hərbi xidmətdə olmaq üstünlükdür.


Təlimin keçirildiyi yer: Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (nəzəri hissə), Kinoloji Mərkəz (praktiki hissə).


Təlimi uğurla bitirən şəxslərə dövlət nümunəli ilk-peşə ixtisas sertifikatı veriləcək.


Müraciətləri 15 dekabr, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz:


https://bit.ly/3oJpKCl


Qeyd: Şəxsi iti ilə təlimə qoşulmaq üçün əlavə ödəniş nəzərdə tutulur.


Təlim barədə sualınız yarandığı təqdirdə aşağıdakı əlaqə məlumatlarına müraciət edə bilərsiniz:


E-mail:[email protected]


Telefon: (+994)77 5551617


Ətraflı: https://bit.ly/3oXEXQn



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az