Cümə axşamı, 21 Avqust, 2025

“Könüllü müxbir” layihəsinə start verilir


  • Dərc edildi: 18 Noyabr, 2021 - 13:45
“Könüllü müxbir” layihəsinə start verilir

Televiziya, radio, jurnalistika, mətbuat sahələrinə bacarığı və marağı olan könüllülərin nəzərinə😉 “Könüllü müxbir” layihəsinə start veririk!🥳 Layihənin əsas məqsədi televiziya, radio, jurnalistika və mətbuat sahələrinə bacarığı olan könüllüərin üzə çıxarılması, onların bu sahəyə olan maraqlarının və karyera imkanlarının artırılması, real təcrübə imkanlarının yaradılmasıdır. Layihəyə qoşulmaq istəyən könüllülər özlərinin seçdiyi maarifləndirici mövzu üzrə qısa məqalələr hazırlayacaqlar. Hazırlanan məqalələri isə kamera qarşısında radio və ya televiziya aparıcısı kimi təqdim edəcəklər. Göndərilmiş vieomateriallar münsiflər heyəti tərfindən dəyərləndiriləcək və qalib könüllülər təyin olunacaqdır. Belə ki, ilk beşlikdə yer alan videolar həftə ərzində təyin olunmuş günlərdə ASAN Könüllülərinin rəsmi bütün sosial şəbəkə hesablarında paylaşılacaqdır. I yerin qalibi olan könüllü isə “ASAN Radio”nu bir gün ərzində qonağı olacaq, iş prosesi ilə yaxından tanış olma imkanı əldə edəcək, yayımlanan sosial istiqamətli bir proqramın könüllülərin ümumi fəaliyyətinə həsr olunmuş bir buraxlışının hazırlanmasında və təqdimatında aparıcı ilə birgə fəaliyyət göstərəcək. Videomateriala aid tələblər: • videomaterial 25.11.2021-ci il tarixədək göndərilməli • çəkilmiş videolar 9:16 ölçüsündə olmalı • videomontaj proqramlarından istifadə etməməli • hazırlanan məqalə maarifləndirici xarakterli olmalı • məqalə videonu saxlamadan və kəsinti olmadan birbaşa təqdim edilməli • videonun müddəti 30 saniyəni keçməməli • video təyin edilmiş elektron poçt ünvanına göndərilməli • göndərən zaman könüllünün fəaliyyətdə göstərdiyi mərkəz, ad, soyad, ata adı, K qrupu, hazırladığı məqalənin istiqaməti göstərilməli e-mail: [email protected] Qeyd: Videomateriala aid tələblərə riayət olunmadıqda, videonun müsabiqəyə uyğunsuz hesab ediləcəkdir. Hər hansı bir sual yaranarsa aşağıda qeyd edə və ya könüllülər üzrə məsul şəxsinizə yaxınlaşa bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 210
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...