Şənbə, 23 Avqust, 2025

Konstruktor vakansiyası


  • Dərc edildi: 9 İyun, 2025 - 11:29
Konstruktor vakansiyası

Konstruktor vakansiyası

 İş yeri: Kəlbəcər şəhəri

 İşəgötürən: “Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ

 

 Vəzifə öhdəlikləri:

 Hazırlanan konstruktiv cizgilərin qüvvədə olan inşaat norma və qaydalarına uyğunluğunun yoxlanılması;

 Memarlıq layihələri əsasında konstruktiv həllərin düzgünlüyünün qiymətləndirilməsi və uyğunsuzluqların aşkarlanması;

 Metal, dəmir-beton, taxta və digər konstruktiv elementlərin cizgilərindəki texniki uyğunsuzluqların müəyyən olunması;

 Layihələrdə aşkar edilən uyğunsuzluqlar barədə rəy və təkliflərin hazırlanması;

 Tikinti sahəsində (ərazidə) yerində yoxlamaların aparılması, konstruktiv elementlərin layihəyə uyğun icra vəziyyətinin qiymətləndirilməsi;

 Normativ sənədlərə və AzDTN standartlarına əsasən həm layihə, həm də icra mərhələsində yoxlamaların həyata keçirilməsi;

 Layihə komandası və icraçılarla sıx əməkdaşlıq.

 Namizədə tələblər:

 İnşaat mühəndisliyi üzrə ali təhsil;

 Sahə üzrə minimum 3 il iş təcrübəsi (xüsusilə layihə və ərazi yoxlamalarında);

 İnşaat norma və qaydalarını dərindən bilməli;

 Konstruktiv cizgilərin oxunması və yerində faktiki vəziyyətin qiymətləndirilməsi bacarığı;

 Lira, SAP2000, ETABS, Tekla, AutoCAD proqramlarında sərbəst işləmə bacarığı;

 Dəqiqlik, məsuliyyət, analitik düşüncə, sənəd intizamı.

 

 Təklif olunur:

 Rəsmi əmək müqaviləsi;

 Stabil əmək haqqı (müsahibə əsasında müəyyən olunur);

Nəqliyyat və yaşayışla təminat (lazım olduqda);

Peşəkar inkişaf və uzunmüddətli layihələrdə iştirak.

 Müraciət üçün:

CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz

 Müraciət üçün son tarix: 30.06.2025

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 391
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7264
Sumqayıt Dövlət Univ...