Gələcəyin dahi Kopirayterini axtarırıq.
Komandamıza qoşulacaq bu şəxs reklam mətnləri, ideyaları və konsepsiyalarının hazırlanmasının məsuliyyətini üzərinə almalıdır.
Vəzifə öhdəlikləri:
- Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq;
- Sosial Media üçün yaradıcı kampaniya təkliflərini təqdim etmək;
- Sosial Media üçün kontent yaratmaq;
- Kampaniyalar üçün sloqanlar düşünmək;
- Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq;
- Ehtiyac olduğu halda bütün növ reklam, PR kopirayt işləri.
Axtardığımız namizədin portreti:
Bu şəxs ilk olaraq reklam industriyasının aşiqi olmalıdır. O, müxtəlif reklam daşıyıcılarında insanlara düzgün mesajın necə verilməli olduğunu aydın təsəvvür etməlidir. Təkcə sözlü yox, təsvirli düşünməyi də bacarmalı, bu bacarığı inkişaf etdirməlidir. İşində kreativ yanaşma sərgiləmək üçün fərqli baxış bucağına malik olması şərtdir. Bunun üçün araşdırmaqdan yorulmayan, yaradıcılıq potensialını davamlı inkişaf etdirən biri olmalıdır. İdeal reklam işinin həm də komanda məhsulu olduğunu başa düşməlidir.
Tələbər:
- Mükəmməl Azərbaycan dili. Mükəmməl!
- Ən azı bir xarici dili (rus və ya ingilis) sərbəst şəkildə bilmək lazımdır.
- Reklam və ya sosial media agentliyində ən azı 1 illik iş təcrübəsi üstünlükdür;
- Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur.
Biz vəd edirik:
- 600-1000 maaş (təcrübəsinə uyğun təyin olunacaq);
- Maaşdan əlavə 50% həcmində 13-cü maaş bonus;
- Şəhərin mərkəzində yerləşən ofis;
- Pozitiv, ünsiyyətcil komanda və peşəkar iş mühiti;
- İşləmək üçün rahat Macbook Air noutbuku;
- Qlobal və aparıcı yerli brendlərlə müxtəlif layihələrdə öz potensialını reallaşdırmaq imkanları.
Müraciət üçün CV və Portfolionu [email protected] ünvanına göndərə bilərsiniz.
Məktubun başlığı: Elə başlıq olsun ki, sizi fərqləndirsin. Portfoliosuz və standart başlıqlı məktublara baxılmayacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur