KOS (SME) satışlar şöbəsinin aparıcı mütəxəssisi vakansiyası

KapitalBank namizədləri Bərdə, Gəncə, Lənkəran, Xaçmaz və Zaqatala filialları üzrəKoporativ və KOS satışlar idarəsinin Kiçik və orta sahibkarlarla iş departamentinin KOS (SME) satışlar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər: ·Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir. ·Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir. ·Bankın potensial KOS kateqoriyasına aid olan müştəri bazasını müəyyən edir. ·Müştərilərlə birbaşa ünsiyyətə girir və onları banka cəlb edir. ·Mövcud müştəri bazası ilə işləyir, müştərilərdən xidmətlər üzrə sifarişlər qəbul edir və sifariş üzrə satışı həyata keçirir. ·Müştərilərin əməliyyatlarında yaranmış problemləri həll edir. ·Gördüyü işlər haqqında bölmə rəisinə gündəlik müvafiq formaya uyğun elektron hesabat təqdim edir. ·Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirir. Tələblər: ·Vətəndaş qüsursuzluğuna malik olma. ·Təhsil: Ali ( iqtisadi ixtisas olması arzu olunan). ·Təcrübə: 1 il. ·Səlis Azərbaycan və Rus dili, İngilis dili arzu olunan ·Komandada işləmək bacarığı . ·İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalı. ·Microsoft Office proqramları üzrə biliklər ·Məsuliyyətlilik, , Etibarlılıq, Peşəkarlıq, İntizamlılıq Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, CVlərinizi[email protected]elektron ünvanına göndərə bilərsiniz.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az