“Barattson” MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.
Barattson “Korporativ müştərilərlə iş üzrə koordinator” vəzifəsi üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
• Müştərilərlə sıx əlaqədə olmaq, onlarla zəng və ya email vasitəsi ilə rəsmi danışıqların aparılması, ilkin əlaqənin qurulması və görüşlərin təyin olunması;
• Təlim sorğusuna əsasən qiymət təklifinin hazırlanıb müştəriyə göndərilməsi;
• Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
• Əldə olunan razılıq əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
• Maliyyə və digər sənədlərin müştəriyə göndərilməsi;
• Təlimlərin təşkili, koordinasiyası, təlimçi və şirkət arasında qrafikin təyin olunması;
• Müştəri ödəmələrinin təqibi və nəzarətdə saxlanılması;
• Korporativ müştərilərlə bağlı qarşıya çıxan məsələlərin vəzifə səlahiyyəti çərçivəsində həll edilməsi;
• Korporativ təkliflərin məzmunu və ya təfərrüfatlarının müvafiq bölmələrdən məlumat alaraq hazırlanması;
• Şirkətin satış həcminin artırılmasına dəstəyin verilməsi;
• Bölmə üzrə aylıq hesabatların hazırlanmasında birbaşa iştirakı;
• Gündəlik tapşırıqların nəticəsi barədə xətti menecerin məlumatlandırılması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Əsas tələblər:
• Ali təhsil
• Korporativ əlaqələr üzrə ən azı 1 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili-səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür
• Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını xüsusilə Word, Excel, Power Point işgüzar səviyyədə bilmək
• Müştəriyönümlü satış bacarığı
• Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı
• Çevik işləmək bacarığı
• Dürüst və məsuliyyətli olmalı
Əmək haqqı: 400 AZN + bonus.
İş qrafiki: 6 günlük
Namizədlərdən CV formaların[email protected]email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Korporativ müştərilərlə iş üzrə koordinator”qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi:31 oktyabr 2021 ci il.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur