Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə "Nizami Gəncəvi və ümumbəşəri dəyərlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AVH-nin İdarə Heyətinin üzvüMübariz Göyüşlü, Millət vəkiliJalə Əhmədova, Azərbaycan İlahiyyat İnstitutunun rektoruAqil Şirinov, ADPU-nun prorektoru, filologiya elmləri doktoruMahirə Nağıqızı, AVH-nin Məclis üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı, ADPU-nun dosentiMübariz Ağalarlı(“Nizami Gəncəvinin əsərlərində Azərbaycan tarixi məsələləri”), NorveçdənRagnhild Thorivə Can diaspor təşkilatının sədriŞervin Necefpur("Nizami Gəncəvi əsərlərində tolerantlıq"), AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosentZəhra Allahverdiyeva(“Nizami Gəncəvinin nəsil şəcərəsi”), Türkiyədən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin başqanıCeyran Səttarova(“Ümumbəşəri mahiyyət daşıyan sənətkar Nizami Gəncəvi"), Almaniyadan Nürnberg Türk Tarixi və Mədəniyyətləri Muzeyinin müdiriCemalettin Özdemir(“Almanyada Azerbaycan tarixi ve kültürünü tanıtım bağlamında Nizami Gəncəviyi də tanıtmaq”), AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosentTəhminə Bədəlova(“Nizami Gəncəvi "Məxzənül-əsrar" məsnəvisində şair özü, müasirləri, sənəti və görüşləri haqqında"), Şimail Kipr Türk Cümhuriyyətindəki Girne Amerikan Üniversitetinin müəllimiOrxan Həsənoğlu, QALA Yunanıstan Azərbaycan Dostluq Cəmiyyətinin sədriRəşid Məmmədov, Bakı şəhəri 221 saylı məktəbin müəllimiLalə Məmmədli(“Ümumtəhsil məktəblərində Nizami Gəncəvi irsindən istifadə işinin sistemi”) iştirak və çıxış ediblər.
Azərbaycanla yanaşı müxtəlif ölkələrdən tədbirə qatılan alimlər, araşdırmaçılar, ictimai-siyasi xadimlər, media təmsilçiləri, qadınlar və gənclər dahi Azərbaycan mütəfəkkiri haqqında maraqlı çıxışlar ediblər. Xüsusilə də məruzəçilərin Nizami Gəncəvi haqqında fikirləri böyük maraqla qarşılanıb. Çıxışlarda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan, dahi müətfəkkirin həyat və yaradıcılığından, ona və əsərlərinə olan maraqdan, aparılan araşdırma və təhlillərdən, Nizami irsinin dünyaya tanıtdırılmasından, şairin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi töhfələrdən ətraflı bəhs olunub. Azərbaycan Vətəndaş Hərəkatının keçirdiyi beynəlxalq konfransın da “Nizami Gəncəvi İli”nə töhfə olduğu toplantıda vurğulanmış və gələcəkdə də ziyalıların bu cür tədbirləri davam etdirməsi qərarlaşdırılmışdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur