reklam

Korporativ satış meneceri vakansiyası

Star Qrup özündə müxtəlif sahələri əhatə edən şirkətləri birləşdirən, yenilikçi və dinamik inkişaf edən holdinqdir. Biz fəaliyyətimizdə dinamik və yenilikçi mövqeyimizi qorumaqla, günümüzün tələblərini nəzərə almaqla daha yaxşı xidmət göstərmək üçün çalışırıq. Hazırda bizim qrupa 9 şirkət daxil olsa da, gələcəkdə daha da böyüməyi və müxtəlif sahələr üzrə fəaliyyət göstərməyi hədəfləyirik. Vəzifə : Korporativ satış meneceri Əmək haqqı: Müsahibə əsasında İş qrafiki : Həftədə 5 gün Nahar şirkət tərəfindən təmin olunur; Əsas vəzifə öhdəlikləri - Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması - İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı - Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi - Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması - Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi - Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi - Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması - Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması - Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi - Ziyarət nəticələrinin izlənilməsi - Sifarişlərin icra olunması - Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi - Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması - Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması - Maliyyə sənədlərinin müştəriyə göndərilməsi - Müştəri ödəmələrinin izlənilməsi Namizədə tələblər - Ali təhsil - İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi və korporativ satış sahəsində 5 illik iş təcrübəsinin olması - Yaş həddi - 27-40 - Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli - Ms. Office proqramlarını yüksək səviyyədə bilməli - İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı - Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli - Müştəriyönümlü satışetmək bacarığının olması Qeyd : Müvafiqsahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur. Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla[email protected] elektron ünvanınagöndərmələri xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az