Satış üzrə Təcrübə proqramı

“Satış üzrə Təcrübə proqramı”-na start veririk! ZK ACCESS MMC Təhlükəsizlik texnologiyaları üzrə dünya brendi ZKTeco-nun rəsmi distributorudur. ZKTeco giriş-çıxış nəzarət sistemləri və sürətli üz tanıma alqoritmi ilə ixtisaslaşan, eyni zamanda bir çox təhlükəsizlik həllərini xüsusi proqram təminatları üzərindən həyata keçirən qlobal bir şirkətdir İş barədə məlumat : – Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili – Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması – Məhsul və xidmətlər haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək – Təcrübə müddəti 3 ay davam edəcək – Yol və nahar xərci qarşılanacaq – Proqramı uğurla başa vuran təcrübəçi işlə təmin olunacaq – İş yeri – Tbilis pr 34 – Təcrübə müddəti 3 aydır. – Universiteti yeni bitirmiş və 4-cü kurs tələbələri Tələb olunan bilik və bacarıqlar: –Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan həvəsli gənclər –Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı –Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma bacarığı –Detallara diqqət və dərin yanaşma; –Analitik düşüncə; –Sənədlərlə işləmə bacarığı –Microsoft Office proqramları üzrə uyğun biliklər; –Dil bilikləri: Azərbaycan Dili ana dili, Rus və İngilis dili üstünlükdür Bu təcrübə proqramı iştirakçılara qazandıracaq: –Real iş mühiti ilə tanışlıq –Təcrübəçilərin satış sahəsi üzrə biliklərə yiyələnmə şansı –Təcrübə proqramını uğurla başa vuran namizədlərin təşkilatımızda işlə təmin olunması Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini[email protected]elektron ünvanına mövzu yerinə “Təcrübəçi” yazaraq göndərmələri xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az