Cümə, 22 Avqust, 2025

Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis vakansiyası


  • Dərc edildi: 10 Dekabr, 2021 - 16:45
Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis vakansiyası

“Pizza Mizza” MMC-yə “Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis” tələb olunur. Vakansiya ilə bağlı son müraciət tarixi 30 yanvar 2022-ci il tarixidir. Tələblər: • Ali təhsil; • Layihələrin idarəolunması sahəsində nəzəri biliklər; • Hər hansı sahə üzrə 1 ilədək iş təcrübəsi; • Analitik düşüncə tərzi; • Təşəbbüskarlıq; • Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərində sənədlərlə işləmək bacarığı olmalıdır; • Komandada işləmə bacarığı; • MS Office proqramlarını mükəmməl bilməlidir, xüsusilə, MS Project, MS Excel, MS Visio, MS Power Point; Vəzifələr: • Şirkət daxili layihələrin həyata keçirilməsinə köməklik etmək; • Bütün daxili layihələr üzrə sənədləşmənin qeydiyyatının aparılmasına və arxivləşdirilməsinə köməklik etmək; • Şirkət daxilində icra olunan layihələr üzrə aylıq statusların əldə olunması və rəhbər heyətə bu barədə məlumatın göndərilməsində köməklik etmək; • Gələcəkdə şirkətdə Scrum Master/Layihə üzrə koordinator kimi fəaliyyətni davam etdirmək. İş şəraiti: • İş saatları - 8 saat; • Nahar şirkət tərəfindən verilir; • Layihələrin idarə edilməsi üzrə xüsusi təlim proqramınına cəlb edilməsi; • Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarını nəzərə alaraq 500-600 AZN təyin olunacaqdır. Maraqlananlar CV-lərini “Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 267
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...