Layihələrin idarə edilməsi üzrə mütəxəssis
“Pizza Mizza” MMC-yə Layihələrin idarə edilməsi üzrə mütəxəssis tələb olunur.
Vakansiya ilə bağlı son müraciət tarixi 30 yanvar 2022-ci il tarixidir.
Tələblər:
• Ali təhsil (humanitar və ya iqtisadiyyat sahəsi üzrə);
• Layihələrin idarə edilməsi sahəsində 1 ilədək iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərində sənədlərlə işləmək
bacarığı olmalıdır;
• Layihələrin idarə olunması sahəsində, Scrum org, PMI və ya İPMA tərəfindən təqdim
edilən hər hansı sertifikatın olması arzuolunandır;
• Problem həll etmə və kritik düşünmə bacarığı yüksək olmalıdır;
• MS Office xüsusilə, MS Project, MS Excel, MS Visio, MS Power Point proqramlarını
mükəmməl bilməlidir;
• Təşəbbüskarlıq və sahiblənmə bacarığının yüksək olması mütləqdir.
Vəzifələr:
• Layihələrin biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona
qədər tam olaraq izlənməsi üzrə cədvəl tərtibatı;
• Verilən hədəf, vaxt və büdcə daxilində layihələrin izlənməsi;
• Layihələrin icrası zamanı resurs əksiklikləri haqqında informasiyaların toplanması və
nəzərdə tutulan kuratorlara təqdim edilməsi;
• Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin
icrasına, layihənin monitorinqi və bağlanmasını köməklik etmək;
• Layihə iclasları üçün məlumat hazırlamaq (Təqdimatların və status məlumatlarının
hazırlanması, iclas gündəliyinin tərtib edilməsi məlumatların paylanması, sənədlərin
vaxtında yenilənməsi, qeydlərin göndərilməsi);
• Layihə və təşəbbüslər barədə məlumatları və yenilikləri bütün əlaqəli şəxslərə çatdırmaq;
• Gələcəkdə şirkətdə Layihələrin idarə edilməsi üzrə menecer/ Product Owner kimi
fəaliyyət göstərməsi planlaşdırılır.
İş şəraiti:
• İş saatları - 8 saat;
• Nahar şirkət tərəfindən verilir;
• Layihələrin idarə edilməsi üzrə xüsusi təlim proqramınına cəlb edilməsi;
• Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarını nəzərə alaraq
800-1200 AZN təyin olunacaqdır.
Maraqlananlar CV-lərini “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” başlığı altında
[email protected] elektron ünvanına göndərə bilərlər
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur