Şənbə, 17 May, 2025

Layihələrin idarə olunması şöbəsi mütəxəssis vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 14 Dekabr, 2021 - 09:01
Layihələrin idarə olunması şöbəsi mütəxəssis vəzifəsi üzrə vakansiya

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (Institute of Education of the Republic of Azerbaijan) Layihələrin idarə olunması şöbəsi mütəxəssis vəzifəsinə vakansiya elan edir. Layihələrin idarə olunması şöbəsi xarici ölkələr, yerli və beynəlxalq qurumlar və donorlarla əməkdaşlıqlar çərçivəsində fəaliyyətlərin təşkilinə məsul olaraq, bu istiqamətdə layihə təkliflərini və təşəbbüsləri idarə edir, layihələrin koordinasiyası, əlaqələndirilməsi və icrasına nəzarəti həyata keçirir. Vəzifə öhdəlikləri: Layihələrin təşəbbüsü; Layihələrin konsepsiyası və büdcəsinin hazırlanması; Layihələrin effektiv realizasiyası, əlaqələndirilməsi və idarəetməsinin təmin edilməsinə dəstək göstərilməsi; Layihələr üzrə görülən tədbirlərin müvafiq struktur bölmələr ilə koordinasiya edilməsi; Layihələr üzrə məlumatların təhlili; Layihələr üzrə hesabatların tərtibi; Layihələrin idarəetmə

metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənməsinə dəstək; Təhsil tədqiqatlarının aparılması. Tələblər: Ali təhsil; Təhsil və sosial layihələrin idarə edilməsi üzrə təcrübə; Layihələri idarəetmə bacarıqları; Tədqiqat bacarıqları; Təhsil sahəsi ilə bağlı biliklər; Təşəbbüskarlıq; Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı; Yüksək təşkilatçılıq və effektiv ünsiyyət bacarıqları; Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; Müvafiq kompüter bilikləri. Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən CV-lərini[email protected]elektron poçt ünvanına “Mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur. Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yay Riyaziyyat Düşərgəsinə qeydiyyat davam edir!
15 May, 2025 - 16:38 519
Yay Riyaziyyat Düşər...
Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU
14 May, 2025 - 20:35 165
Müəllimlərin fənlər ...
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 290
Azərbaycan Respublik...