Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumlardan biri layihələrin idarəedilməsi üzrə mütəxəssis vəzifəsinə istedadlı, təcrübəli namizədləri cəlb etmək üçün vakansiya elan edir.İKT və nəqliyyat sektoruna daha yaxın olmaq istəyənləri, bizimlə əməkdaşlıq etməyə çağırırıq.
Öhdəliklər:
-Müvafiq yoxlama üsullarından istifadə edərək, portfelində olan layihələrin əhatə dairəsi, icra olunma müddətinin izlənilməsi;
-Layihələrin mütəmadi qaydada monitorinqi aparmaqla icrası bitmiş layihə və mərhələlər üzrə təsdiqedici materialların (sənədlərin) toplanması;
-İcrası bitmiş layihə və ya mərhələlərin hədəflərə uyğunluğunun yoxlanılması;
-Layihələrin vaxtında icrası üçün proseslərin ehtiyac olduğu halda təşkilatlar, daxili resurslar və üçüncü tərəflərlə əlaqələndirilməsi;
-Layihə risklərini minimuma endirmək istiqamətində risklərin idarə olunması məqsədilə layihənin icra edən təşkilatlarla mütəmadi danışıqların aparılması;
Əsas bilik və bacarıqlar:
-Datanın təqdim olunma üsullarından istifadə edilməklə yüksək təqdimat bacarığı
-Nəticəyə yönəlik güclü motivasiya, son tarixlərə (deadline) riayət olunması və razılaşdırılmış nəticələrə nail olmaq üçün şəxsi təşəbbüs və məsuliyyətlilik.
-Excel və Power Pointda sərbəst işləmək bacarıqları
-Layihələrin idarə edilməsi üzrə müvafiq sertifikatların olması arzuolunandır
Təhsil:
-Ali təhsil
İş təcrübəsi:
-Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi
Bu meyarlara uyğun namizədlər CV-lərini 23.05.2022-ci il tarixədək[email protected]ünvanına “PMO” başlığı ilə göndərə bilərlər. Yalnız CV-ləri uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur