Cümə axşamı, 21 Avqust, 2025

“Peşələr festivalı” keçiriləcək


  • Dərc edildi: 20 May, 2022 - 05:04
“Peşələr festivalı” keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək.   “Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır.   Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçiriləcək.   İştirakçılara həmin peşə sahibləri ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, peşə və ixtisas seçiminə dəstək göstəriləcək.   Festivala ilk olaraq 15 may tarixində Şamaxı şəhərində start veriləcək. Ümumilikdə, Festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək:
  • Şamaxı -15 may
  • Sumqayıt - 17 may
  • Lənkəran - 19 may
  • Şirvan - 21 may
  • Bakı - 23 may
  • Şəki - 25 may
  • Mingəçevir - 27 may
  • Bərdə - 30 may
  • Gəncə - 1 iyun
  • Qazax - 2 iyun
  Festival çərcivəsində təqdim olunacaq peşələr isə bunlardır:
  • Aşbaz
  • Dərzi
  • Bərbər-vizajist
  • Frontend developer
  • Qrafik-dizayner
  • İnteryer-dizayner
  • Kompüter proqram təminatçısı
  • Elektrik
  • Təmirçi çilingər
  • Elektron cihazların təmirçisi
  Festivala qatılan iştirakçılar əmək bazarında peşələrə və peşələr üzrə bacarıqlara olan tələblər, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlara sahib olacaqlar. Tədbirdə iştirak ödənişsizdir.   Öyrən, Əylən, Peşəni seç!   Ətraflı məlumat üçün: https://peshelerfestivali.az/
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 133
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7100
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1841
Azərbaycan Texnologi...