Logistik əməliyyatlar üzrə mütəxəssis vakansiyası

Vəzifə : Logistik əməliyyatlar üzrə mütəxəssis Əmək haqqı: müsahibə əsasında (Namizədin bilik və təcrübəsindən aslı olaraq dəyişir) İş qrafiki : Həftəiçi 5 gün; Nahar şirkət tərəfindən təmin olunur İş barədə məlumat 1.Marşruta uyğun informasiyanın tam yığılması; 2.Müştərilərin müvafiq stansiyalarla əlaqələndirilməsini təşkil etmək; 3.İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq; 4.Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər biliklərin müntəzəm olaraq təkmilləşdirilməsi; 5.Konteyner daşınmaları üzrə dövri hesabatlar hazırlamaq; 6.Tarif bazasının formalaşdırılması, elektonlaşdırılması və mütəmadi yenilənməsində iştirak etmək; 7.Müştərilərlə üzləşmə aparmaq, bunun üçün lazım olan daşıma informasiyasının müştərilərə çatdırılmasını təmin etmək; 8.Logistika üzrə mütəxəssis, daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edir; 9.Loqistika üzrə mütəxəssis həmçinin müştərilərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirir; 10.Eyni zamanda qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət edir; 11.Ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir; Bilməlidir: 1.Müəssisədə ofis işlərinin aparılması üçün normativ hüquqi aktlar, qaydalar, təlimatlar, digər rəhbər materiallar və sənədlər; 2.Vahid dövlət sənədləşmə sisteminin əsas müddəaları; 3.Vahid təşkilati və inzibati sənədlər sisteminin standartları; 4.Rəsmi sənədlərin və materialların keçməsinin monitorinq qaydası; Namizəd üçün tələblər 1.Təhsil dərəcəsi: Bakalavr (Logistika istiqaməti üzrə üstünlük) 2.Təcrübə: Ümumi ən az 3 il , sahə üzrə ən az 2 il, 3.Məsuliyyətlilik 4.Ünsiyyət qurmaq bacarığı 5.Etibarlılıq 6.Detallara fikir vermək qabiliyyəti 7.Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək 8.Kompüter proqramları: MS Office Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur. Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla[email protected]elektron ünvanına göndərmələri xahiş olunur. _______________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az