Çərşənbə, 2 İyul, 2025

Marketinq üzrə menecer vakansiyası


  • Dərc edildi: 6 Sentyabr, 2021 - 11:36
Marketinq üzrə menecer vakansiyası

İşəgötürən:“LIBRAFF” MMC Vəzifə:Marketinq üzrə menecer Əsas vəzifə öhdəlikləri: - Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq; təhlillər əsasında şirkətin güclü və zəif tərəflərini müəyyən etmək; - Biznesin inkişafı istiqamətində bazarı daim təhlil etmək, rəqib şirkətlərin fəaliyyət strategiyasını izləmək; - Şirkətin hədəf auditoriyasını təhlil etmək; - Müştəri bazasını möhkəmləndirmək və genişləndirmək; - Şirkətin (LIBRAFF və STORİES COFFEE üzrə) xidmət sistemini təkmilləşdirmək üçün təkliflər irəli sürmək; - Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində aylıq fəaliyyət planlarını hazırlamaq; - Problemli məhsullarla bağlı tədbirlər görmək; - Filiallarda vizual dizayna nəzarət etmək, mağaza və kafe vitrinlərini, mağaza daxilini (interyeri) müştəri və şirkətin maraqlarına uyğun olaraq təkmilləşdirmək; - Şirkətin tanıdılması istiqamətində fəaliyyət planını hazırlamaq; - Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlamaq; - Marketinq komandasını idarə etmək; - Şirkətin hədəflərini, mövqeyini nəzərə almaqla SMM və PR strategiyasını müəyyən etmək, komandanı bu strategiyaya uyğun istiqamətləndirmək; - Şirkətin rəsmi saytını daim n�

�zarətdə saxlamaq və təkmilləşdirmək. Əsas tələblər: • marketinq sahəsində rəhbər vəzifədə azı 3(üç) il iş təcrübəsi; • marketinq, menecment və yaxud yaxın sahə üzrə ali təhsil; • marketinqin əsasları üzrə bilik və bacarıqlar; • analiz etmək qabiliyyəti; • yüksək şifahi və yazılı komunikasiya bacarığı; • peşakar idarəetmə bacarığı; • düzgün planlaşdırma və vaxtını idarə etmə bacarığı; • kreativlik və yaradıcılıq İş haqqında: Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir, Nahar: şirkət tərəfindən təmin olunur İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur Şirkət haqqında: 2017-ci ildə təsis olunmuş “LIBRAFF” qısa bir zaman ərzində Azərbaycan kitab ticarəti sahəsində bir brend kimi təqdir olunan ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində 5, Gəncədə 1 mağaza ilə təmsil olunur. Oxucular aldıqları kitabları mağazalarda fəaliyyət göstərən “STORIES COFFEE” kafe şəbəkəsinin xidmətlərindən faydalanaraq rahat mütaliə edə bilirlər. Müraciət üçün e-mail:[email protected] Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və e-mailda minimal gözlənilən əmək haqqını qeyd etmək tövsiyyə olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 96
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 45
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 227
Məktəbəhazırlıq qrup...