Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

25-27 noyabr 2021-ci il tarixlərində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir aşağıdakı bölmələr üzrə baş tutacaq: - Nizami Gəncəvi irsi və Avropa ədəbi-mədəni mühiti; - Sələflər və xələflər – Nizami Gəncəvinin Şərq və Qərb qaynaqları, Şərq və Qərb ədəbiyyatlarında Nizami təsiri; - Nizami şəxsiyyəti və irsinin beynəlxalq miqyasda tədqiqi, nəşri və təbliği problemləri; - Nizami əsərlərinin əlyazmaları və “Xəmsə”yə çəkilmiş miniatürlər dünya kitabxana və arxivlərində; - Nizami ədəbi məktəbi: başlıca xüsusiyyətləri, aparıcı simaları, qovuşduruculuq missiyası; - Nizami və Azərbaycan ədəbiyyatı; - Nizami “Xəmsə”si və “Divan”ının müxtəlif dillərə tərcüməsi problemləri; - Nizaminin fəlsəfi dünyası "Xəmsə” əxlaqi və mənəvi dəyərlər toplusu kimi; - Nizami “Xəmsə”si ensiklopedik biliklər və miqyaslı ədəbi düşüncə mənbəyi kimi; - Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri; - Nizami irsi Azərbaycan və dünya incəsənəti müstəvisində. Məruzə tezislərinin tərtib olunma qaydaları: - Mətn Microsoft Word for Windows redaktorunda (Times New Roman (Az.latın) şriftilə - 12 ppt, sətirlərarası 1,5 intervalda yığılır, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur; - Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə elmi dərəcəsi, iş yeri və elektron ünvanı (hamısı kiçik hərflə) göstərilməlidir; - Mətnin sağ tərəfində 1 sm, sol tərəfində 3 sm, aşağı hissəsində 2 sm, yuxarı hissəsində isə 2 sm boşluq olmalıdır; - Tezis Azərbaycan dilində yazılarsa xülasə ingilis dilində; - Tezis ingilis dilində yazılarsa, xülasə Azərbaycan dilində; - Tezis rus, fars, ərəb dillərində yazılarsa, xülasə Azərbaycan və ingilis dillərində tələb olunur. - Xülasələr daxil olmaqla tezisin həcmi 3 səhifəyə qədər olmalıdır. Məruzə tezislərinin qəbul olunması üçün son tarix 15 sentyabr 2021-ci ildir. Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir. Ünvan: AZ 1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53 Tel.: (+994 12) 492 38 27 E-mail: [email protected]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az