"Youth Start" şəxsi inkişaf proqramı çərçivəsində “Mən kiməm? – Özünü kəşf və şəxsi inkişaf” təliminə qeydiyyat başladı.
Təlim zamanı siz:
“Mən kiməm?” sualına cavab tapacaq;
Şəxsi potensialınızı kəşf edib, inkişaf yollarını öyrənəcək;
Şəxsi inkişafınız üçün güclü və zəif tərəflərinizi tanıyacaqsınız.
Təlim uzman psixoloq, “5N1K PsikoAkademi Azərbaycan”ın təsisçisi və direktoru Fatimə Əhmədova tərəfindən keçiriləcək.
Tarix: 21 avqust, saat: 11:00
Məkan: Gənclər Təşkilatlarının Resurs Mərkəzi (Globus Center, 13-cü mərtəbə)
Təlim ödənişsizdir və sonda onlayn sertifikat veriləcək.