Bazar ertəsi, 18 Avqust, 2025

TƏBİB kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir


  • Dərc edildi: 18 Avqust, 2025 - 19:19
TƏBİB kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir

TƏBİB kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir.

 

İş yeri: 

BBSM-nin tabeliyində olan tibb müəssisələri (Sabunçu, Suraxanı, Xəzər rayonları üzrə)

 

Əmək haqqı:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

 

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali təhsil (Humanitar və sosial, iqtisadiyyat və idarəetmə);

Müvafiq sahə üzrə minimum 1 il təcrübə;

Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə).

 

Qanunvericilik üzrə biliklər:

Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı.

 

İşin təsviri:

Elektron hökümət portalına (ƏMAS) aidiyyatı məlumatların daxil edilməsi;

İşçilərin işə qəbulu, yerdəyişməsi, işdən azad olunması və əmək qanunvericilində nəzərdə tutulmuş digər hüquq və vəzifələr ilə bağlı bütün işlərin vaxtında rəsmiləşdirilməsini həyata keçirir;

İşçilərin şəxsi işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada qeydiyyatını həyata keçirir, saxlanmasını və onlarda olan məlumatların yayılmamasını təmin edir;

Səlahiyyətləri çərçivəsində işçilərə müvafiq arayışlar, xasiyyətnamələr və çıxarışların təqdim edir;

İnsan resursları üzrə elektron məlumat bazasının formalaşdırılmasını, yenilənməsini həyata keçirir;

Yeni qəbul olunan işcilərin vəzifə təlimatları ilə tanış olmalarını təmin edir;

Əmək qanunvericiliyinə uyğun olaraq müvafiq güzəştlərin tətbiq edildiyi işçi qruplarının daim nəzarətdə saxlanılması və bu güzəştlərin tətbiqini təmin edir;

Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi və uçotunun aparılmasını təmin edir;

Xəstəlik vərəqələrinin müvafiq hissələrinin doldurulması, protokollarının tərtib olunması təmin edir;

İşçilərin gündəlik işə davamiyyətinə nəzarət edir;

İmzalanmış əmr və digər sənədlərin qeydiyyata alınmasını və saxlanılmasını təmin edir.

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV [email protected] ünvanına göndərilməlidir;

Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM – kadrlar üzrə mütəxəssis) qeyd olunmalıdır;

CV-lər 31.08.2025-ci il tarixinə qədər göndərilməlidir.

 

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6795
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1657
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 650
“İnnovativ məktəb” l...