MDB-yə üzv dövlətlərin gənc memarlarının iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi elan edilir

MDB-yə üzv dövlətlərin gənc memarlarının iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi elan edilir
 
  Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Memarlar İttifaqı və Memarlıq və İnşaat Universitetinin dəstəyi ilə “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi”elan edilir. Müsabiqənin məqsədi:Müsabiqə "2021-ci ildə Müstəqil Dövlətlər Birliyində Memarlıq və Şəhərsalma ilinə həsr olunmuş tədbirlər planı" çərçivəsində kənd yaşayış məntəqələrində həyat səviyyəsinin və xidmətlərin əlçatanlığını yaxşılaşdırmaq, şəhər və kənd yaşayış məntəqələri arasında olan fərqi azaltmaq, habelə şəhərsalma və memarlığın əhəmiyyət və imkanlarına ictimai diqqəti cəlb etmək məqsədi ilə keçirilir. Müsabiqənin növü:Müsabiqə 1 mərhələ və 2 nominasiyadan ibarət olmaqla açıq keçirilir:
  • Şəhərsalmaüzrə nominasiya:“500 ailə üçün nümunəvi kənd yaşayıq məntəqəsinin planlaşdırma layihəsi”
  • Memarlıqnominasiyası:“Çoxfunksiyalı təyinata malik müasir təhsil və sosial mərkəzin layihəsi”.
Müsabiqənin obyekti şərti olaraq boş (tikilməmiş), inkişaf üçün potensialı olan 200 hektarlıq dağətəyi, düzənlik ərazidir. Müsabiqəyə dəvət olunurlar:Müraciət edilən zaman yaşı 35-ə qədər olan (35 yaş da daxil olmaqla) MDB ölkələrinin gənc memarları və ixtisaslaşmış universitetlərinin tələbələri iştirak hüququna malikdir. Müsabiqədə həm fərdi, həm də qrup şəklində (5 nəfərə qədər) iştirak mümkündür. Komanda heyətinin fənlərarası tərkibinin olması, onların daxilində sosioloqların, iqtisadçıların, nəqliyyat mütəxəssislərinin və s. iştirakı müsbət qarşılanır, lakin zəruri şərt deyildir. Müsabiqədə iştirak ödənişsizdir. Müsabiqənin mükafat fondu:İki nominasiya üzrə yarışmanın ümumi mükafat fondu 40.000 ABŞ dolları təşkil edir. Qaliblər hər bir nominasiya üzrə aşağıdakı qaydada pul mükafatları alacaqlar: 1-ci yer: 8000 ABŞ dolları; 2-ci yer: 6000 ABŞ dolları; 3-cü yer: 4000 ABŞ dolları; Həvəsləndirici mükafat: 2000 ABŞ dolları. Müsabiqənin təşkilatçısı:Müsabiqə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikasının Memarlar İttifaqı və Azərbaycan Respublikası Memarlıq və İnşaat Universitetinin iştirakı ilə təşkil edilir. Təşkilatçının ünvanı:Azərbaycan Respublikası, Bakı şəhəri, АZ1014, Füzuli küçəsi, 65. Müsabiqənin keçirilməsi qaydaları: Müsabiqənin elan edilməsi: 01 sentyabr 2021-ci il. Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu: 01 oktyabr 2021-ci il tarixinədək. Layihələrin təqdim olunması: 20 oktyabr 2021-ci il tarixinədək.Müsabiqə layihələrinin ekspertizası, müzakirəsi və rəylərin hazırlanması: 25 oktyabr 2021-ci il. Müsabiqənin yekunu: 29 oktyabr 2021-ci il. Müsabiqədə iştirak etmək üçünqeydiyyat forması01 oktyabr 2021-ci il tarixindən gec olmayaraq [email protected] e-poçt ünvanına göndərilməlidir. İştirakçıların müsabiqə layihələri təşkilatçının ünvanına poçtla (Bakı şəhəri, AZ 1014, Füzuli küçəsi, 65) və ya şəxsən çatdırıla, eləcə də [email protected] e-poçt ünvanına göndərilməklə bu barədə təşkilatçıya teleqram və ya digər mövcud əlaqə vasitələri ilə məlumat verilə bilər. Məlumat məktubunda iştirakçının qeydiyyat nömrəsi və qeydiyyat tarixi göstərilməlidir.   Müsabiqənin şərtləri və proqramı haqqında daha ətraflı məlumat üçün keçid:Müsabiqənin şərtləri və proqramı


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az