Bazar ertəsi, 2 İyun, 2025

Xüsusi təhsil sahəsində səriştələrin artırılması üzrə vebinarlar keçiriləcək


  • Dərc edildi: 8 Sentyabr, 2021 - 11:42
Xüsusi təhsil sahəsində səriştələrin artırılması üzrə vebinarlar keçiriləcək

Xüsusi təhsil sahəsində səriştələrin artırılması üzrə vebinarlar keçiriləcək

Sağlamlıq imkanları məhdud uşaqlarla çalışan təhsil işçilərinin xüsusi təhsil sahəsində səriştələrinin artırılması məqsədilə vebinarlar keçiriləcək. Vebinarlar Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xüsusitəhsilkafedrasının pedaqoji heyəti tərəfindən təşkil ediləcək.   Vebinar iştirakçıları sağlamlıq imkanları məhdud uşaqların inkişafının qiymətləndirilməsi haqqında elmi və praktiki məlumatlar alacaqlar. Vebinarlar çərçivəsində xüsusi təhsil ehtiyaclarından asılı olaraq təhsilalanlara ayrı-ayrı fənlərin tədrisi məsələlərinə toxunulacaq. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması, onlarla korreksiya-inkişafetdirici iş prosesində kompleks yanaşmanın təşkili qaydaları və tərkib hissəsi kimi valideynlərlə birgə işin təşkili məsələlərindən danışılacaq.   Vebinarlar “Microsoft Teams” platforması üzərindən keçiriləcək.
Vebinarların keçiriləcəyi tarixlər, mövzular və iştirak üçün keçid linkləri aşağıda təqdim olunur:
 
  • 08.10.2021-ci il saat15:00-dan-17:00-dək.Mövzu:“Yüngül və orta dərəcəli əqli geriliyi olan şagirdlərin təhsilinin təşkili” Vebinara keçid:https://bit.ly/3kPFqBN
  • 22.10.2021-ci il saat 15:00-dan -17:00-dək. Mövzu:“Sağlamlıq imkanları məhdud şagirdlər üçün inklüziv təhsilin təşkili” Vebinara keçid:https://bit.ly/3BEIGXz
  • 12.11.2021-ci il saat 15:00-dan -17:00-dək.Mövzu:“Dayaq-hərəkət aparatı pozulması olan şagirdlərin təhsilinin təşkili” Vebinara keçid:https://bit.ly/3BCyjU1
  • 26.11.2021-ci il saat 15:00-dan -17:00-dək.Mövzu:“Somatik pozulmaları olan şagirdlərüçün təhsil prosesinin təşkili” Vebinara keçid:https://bit.ly/3kSuzas
  Qeyd edək ki, vebinarlarda iştirak üçün göstərilən tarixlərədək müvafiq keçidlər vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçməyənlər vebinarlarda iştirak edə bilməyəcəklər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...