Vəzifəyə olan tələblər:
-Ali iqtisadi/maliyyə təhsili;
-Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 5 il iş təcrübəsi;
-Kollektivlə işləmə bacarığı;
-Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
-Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
-Türk və ingilis dili biliyi (Rus dil biliyi müsbət qarşılanır);
-Microsoft Excel (yüksək səviyyədə).
Əsas vəzifələr:
-Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
-Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
Korporativ və pərakəndə bank məhsullarının beynəlxalq təcrübələrinin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
-Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;
-Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
-Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
-Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
-Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
-İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
-İnkişaf etdirilən məhsulun qiymətləndirilmə və marketinqini həyata keçirmək;
-Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək.
Göstərilən tələblərə cavab verən namizədlər avqust ayının 31-nə qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.