Bazar ertəsi, 2 İyun, 2025

“Mən kim olmaq istəyirəm?!” mövzusunda inşa müsabiqəsi


  • Dərc edildi: 3 Yanvar, 2022 - 07:42
“Mən kim olmaq istəyirəm?!” mövzusunda inşa müsabiqəsi

“Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı “Fantastik dördlük“ adlı 13-18 yaşlı məktəbli qızlar üçün təhsil proqramı layihəsinin icrasına başlayıb.“Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi” ilə tərəfdaşlıq şəraitində həyata keçirilən layihə cari ilin dekabr və növbəti ilin fevral aylarını əhatə edir.
Layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilir.
Layihənin ikinci mərhələsi bütün ölkəni əhatə edir və onlayn formatda olacaq. İkinci mərhələdə iştirak etmək istəyən məktəbli qızlar “Mən kim olmaq istəyirəm?!” mövzusunda inşa yazaraq layihəyə qatılmalıdır. İnşalar münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək. İnşaları seçilmiş şagirdlər üçün üç həftə ərzində Azərbaycan Gənc Müəllimlər Assosiyasının mentorları və Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər tərəfindən ikinci tura hazırlıq, təqdimat mövzularının seçimi, təqdimat bacarıqlarının aşılanması mövzularında təlimlər keçiriləcək. İkinci turda öz təqdimatları ilə çıxış edən məktəbli qızlardan ibarət komandalar 6 kateqoriya üzrə mükafatlandırılacaqlar: (I yer, II yer, III yer, ən yaxşı təqdimat, ən yaxşı çıxış və ən yaxşı layihə).
Layihədə kimlər iştirak edə bilər və necə qoşulmaq olar?
Layihə seçilmiş regionlar üzrə 6-11-ci siniflərdə təhsil alan qızlar
Qeyd: 2021-ci tədris ilində artıq 11-ci sinfi bitirmək üzrə olan şagirdlər də layihəyə müraciət edə bilər.
Layihənin əhatə etdiyi regionlar: Bütün regionlar
Qeydiyyat üçün son tarix: 05.01.2022 (00:00)
Uğurlu namizədlər növbəti mərhələ haqqında məlumatı e-mail və ya telefon zəngi ilə əldə edəcəklər.
Layihə ilə bağlı suallarınız üçün [email protected] e-poçtuna və ya +994506873975 nömrəsinə müraciət edin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 125
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...