Cümə axşamı, 21 Avqust, 2025

Türkiyədə ilk dəfə NFT dərsi veriləcək


  • Dərc edildi: 3 Yanvar, 2022 - 08:01
Türkiyədə ilk dəfə NFT dərsi veriləcək

Ankara Universitetinin rektoru Prof. Necdet Ünüvar, Twitter-dəki paylaşımı ilə "NFT-yə Giriş" kursunun seçmə dərslər proqramına əlavə edildiyini açıqladı. Rektor Ünüvar, “Bugünkü senatın qərarı ilə Gözəl Sənətlər Fakültəsi Təməl İncəsənət Təhsili Departamentinin “NFT-yə Giriş” kursu universitetimizin ümumi sosial seçmə dərslər proqramına əlavə edildi. Universitetimizi və tələbələrimizi təbrik edirik”.   Beləliklə, Ankara Universiteti NFT haqqında mühazirə verən ilk universitet oldu. Kurs növbəti tədris ilində ilk dəfə olaraq Universitetin Gözəl Sənətlər Fakültəsi Təməl İncəsənət Təhsili Departamentinin seçmə kurs fonduna əlavə edildi; 2022-ci ilin yaz semestrində 70 nəfərlik kvota ilə filialda veriləcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...