Çərşənbə axşamı, 1 İyul, 2025

Mərkəzi Elmi Kitabxana bu şəxslər üçün ödənişsiz xidmət göstərəcək


  • Dərc edildi: 14 Oktyabr, 2021 - 07:06
Mərkəzi Elmi Kitabxana bu şəxslər üçün ödənişsiz xidmət göstərəcək

2021-ci il oktyabrın 15-dən etibarən xidmət sahəsini yenidən bərpa edən AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) oxuculara yeniliklər təqdim edəcək. Bu barədə MEK-in baş direktoru, professor Məmməd Əliyev açıqlama verib. Baş direktor bildirib ki, MEK-də ilk dəfə olaraq AMEA-nın əməkdaşları, magistrantları, dissertantları və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məx

sus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçiriləcək. Professorun sözlərinə görə, oxucuların kitabxanadan istifadəsini asanlaşdırmaq üçün xüsusi təlimat kitabçası da hazırlanıb. M.Əliyev qeyd edib ki, oktyabrın 15-i kitabxananın açılışına ilk gələn oxucuya 1 illik oxucu kartı MEK rəhbərliyi tərəfindən hədiyyə olunacaq. “Oxucu kartının hədiyyə olunması ilə bağlı təşəbbüsün həyata keçirilməsində əsas məqsəd oxucuların kitaba olan həvəsini artırmaqdır”, - deyə MEK-in baş direktoru qeyd edib.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 56
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 32
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 217
Məktəbəhazırlıq qrup...